Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-26 16:41:33
Dekandan dərs aldığı professora təbrik: “Məsləhətləri ilə mənim və müəllimlərin yanındadır”  

“Cahangir müəllim bir iş yoldaşı kimidə müəllim kollektivi arasında  çox böyük hörmətə sahibdir. Sözün əsl mənasında, ağsaqqaldır. İstər  müəllimlərin, istərsə də mənim, ehtiyacımız olduğu hər zamanda öz dəyərli məsləhətləri ilə yanımızda olan ustad müəllimimizdir. Onun elmi-pedaqoji fəaliyyəti də çox yüksəkdir”.

Bunu AzEdu.az-a açıqlamasında  Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, fəlsəfə doktoru Vüqar Əliyev  rəhbəri olduğu elmi kollektivdə kafedra müdiri kimi çalışan, professor Cahangir Məmmədlini ad günü münasibətilə təbrik edərkən, bildirib.

Qeyd edək ki, bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsininJurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor  Cahangir Məmmədlinin doğum günüdür.

Hazırda həmin fakültənin dekanı vəzifəsində çalışan Vüqar Əliyev bir zamanlar tələbəsi olduğu C.Məmmədlini bir pedaqoq kimi bu cür dəyərləndirib:

 

“Cahangir müəllim eyni zamanda, Elmi  Metodiki  Şuranın sədridir. Dərs keyfiyyətinin yüksəldilməsi, vəsait və proqramların hazırlanması birbaşa metodiki şuranın nəzarətindədir. Uzun illərdir,yorulmadan bu şuraya rəhbərlik edir, dərs keyfiyyətinin yüksəldilməsi ilə bağlı təkliflərini verir”.

Cahangir Müəllim tələbələrin gözündə peşəkarlığa önəm verən bir müəllim olub.Medianın təkcə nəzəriyyəsi  deyil, təcrübəsinə, peşəkarlıq meyarlarına önəm verən ustad müəllimimizdir. Məhz bu xüsusiyyətləri onu tələbələrimizin gözündə yüksəkdə saxlayıb.

Cahangir müəllim eyni zamanda bir çox tələbənin jurnalistika sahəsində praktik fəaliyyəti üçün qapılar belə açıb, onlara dəstək olub, yardım göstərib. Mən belə deyərdim ki, Azərbaycan jurnalistikasında bir çox yeni nəsil jurnalistlər məhz Cahangir müəllimin tələbələri olub.Elə mən özüm də onun tələbəsi olmuşam”.

 Bütün tələbələri və müəllim kollektivi adından Cahangir müəllimi təbrik edirik, 100 yaşa deyirikvə həmişə belə gülərüz, cavan və gümrah qalmasını arzu edirik

Rəna Nəbi