
2019-01-06 13:22:00
“Atamın jurnalistikaya aid dərs vəsaitlərini oxuculara təqdim edəcəyik” – Famil Mehdinin oğlu
Nə qədər ki insan xatırlanır, deməli, o, cismən olmasa da, ruhən yaşayır. Atamı xatirəsi daim anılan insanlar arasında hesab edirəm.
Bu gün də onun çoxsaylı tələbələri, keçmiş iş yoldaşları, həmkarları sosial şəbəkələrdə Famil Mehdi haqqında ürək sözlərni yazır, xoş fikirlərini bildirirlər. Bütün bunlar adamı xoşhal edən məsələlərdir”.
AzEdu.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında çağdaş Azərbaycan şeirində publisistik xətt yaradan şair, professor Famil Mehdinin oğlu Şamil Mehdi deyib.
O, atasının zəngin yaradıcılığının təbliği istiqamətində gördükləri işlərdən də danışıb:
“Atam özü vaxtilə arxivini səliqə ilə sistemləşdirmişdi. Amma bu çox böyük arxiv idi. Ölümündən sonra biz də çalışdıq ki, həmin arxivdən bəhrələnək. Müəyyən materiallar kitab şəklində çap olundu. Özünün yazdığı avtobioqrafiyası roman altında işıq üzü gördü. Müxtlif seçmə şeirləri var idi ki, onlar həm ingilis, həm də rus variantları ilə nəşr edildi.
Atamın arxivində bir xeyli dəyərli sənədlər, fotoşəkillər də var. Ədəbiyyat və İncəsənət Arxivindən Maarif müəllimin təklifi ilə atamın adına fond açıldı və həmin materiallar orada saxlanılır.
Bəzi sənədlər var ki, onlar hələ evdədir. Biz tezliklə onları da həmin fonda təqdim edəcəyik. Qeyd edim ki, atama aid fond açıqdır, istənilən adam arxivə gedib, orada həmin materiallarla tanış ola bilər.
Eyni zamanda, müəyyən əlyazmalar da var ki, onlar dərs vəsaitləridir. “Azərbaycan jurnalistika antologiyası” da onların arasındadır. Həm dərs vəsaitləri, həm də çap olunmamış şeirlərin işıq üzü görməsi əsas planlarımızdır. Çox güman ki, onlar ənənəvi kağız versiyada yox, elektron formada oxuculara təqdim ediləcək.
Ammma reallıq odur ki, Famil Mehdi bu gün də xatırlanır. Mən ailəmiz adından atamın keçmiş iş yoldaşlarına, həmkarlarına, tələbələrinə, bütün yaxınlara təşəkkürümü bildirirəm və yuxarıdakı sözləri bir daha təkrar edirəm: Nə qədər ki insan xatırlanır, deməli, o, cismən olmasa da ruhən yaşayır”.
Bu bölməyə aid digər xəbərlər
“Psixi xəstələr xalqa müəllimlik edir” – Sabiq deputat
2022-06-06 09:00:00
Niyə mollalar üçün attestasiya, müəllimlər üçün sertifikasiya nəzərdə tutulub? – Ekspertdən maraqlı təhlil
2022-05-25 15:12:00
"Nə zaman ki “biz” içimizdəki “mən”dən bir az yuxarı olacaq, onda xor oxuyacağıq..."-Rafiq Əliyevdən ustad dərsi
2022-05-16 12:44:00
Təhsilimizin daha bir itkisi – Məktəblilərin yay düşərgələri niyə işləmir?-FAYDALARI
2022-05-13 12:25:00
Məşhur alimlərimizə “Əməkdar elm xadimi” fəxri adı verildi
2022-04-21 16:35:00
Almaniyanın tanınmış azərbaycanlı araşdırmaçısı vəfat edib
2022-03-27 21:53:00
Hər bir müəllimin bilməli olduğu DÜSTUR - Yarımillik qiymətlər belə hesablanır
2022-03-24 17:47:00
“Nə qədər ki, test qalacaq, repetitorluq da yaşayacaq”-Nadir İsrafilov
2022-03-24 14:32:00
Azərbaycan elminin aqibəti: necə olacaq?-TƏHLİL
2022-03-24 10:04:00
Müəllimlər üçün möhtəşəm fürsət- Beynəlxalq təhsil görüşü-Ödənişsiz
2022-03-24 09:38:08
Ömrün uğurlu bünövrəsi(tədrislə bağlı PDF kitab)
BÜTÜN ÇOX OXUNANLAR
ÇOX OXUNANLAR
2022-06-21 10:00:00
Məktəblərdə bu qədər fənn çıxarılmalı, saatlar xeyli azaldılmalıdır - Faydalı təklif

2022-06-20 10:08:00
“Müəllimlər robot deyillər, nazirliyin onlara münasibətini başa düşmürəm”-Sona Əliyeva

2022-06-22 08:28:00
Pedaqoji fəaliyyətlə məşğul olma qaydasında dəyişiklik edilib

2022-06-23 09:28:00
Bu şəxslər imtahansız dövlət qulluğunun müsahibəsinə buraxıla bilər

2022-06-20 12:10:00
Uşaq bağçalarına qeydiyyat başlayır-BU TARİXDƏ

2022-06-23 13:34:00
“Müəllimlər maaşın ümidinə qalsalar, çətinliklə yaşayarlar” –Repetitorluq problemi

2022-06-23 11:00:00
Nazirlik orta məktəblərdə direktor təyinatlarına başladı -Qaydalar dəyişdi

2022-06-22 09:00:00
Sertifikasiya yalnız bu halda müəllimlərin işinə son qoyacaq - Nadir İsrafilov

FACEBOOK