Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-14 13:25:00
Bakıda Beynəlxalq Elm Festivalı keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə III Beynəlxalq Elm Festivalı keçiriləcək.

AzEDU.az APA-ya istinadən xəbər verir ki, AMEA Rəyasət Heyəti 9-30 oktyabr tarixlərində növbəti Beynəlxalq Elm Festivalının keçirilməsini qərara alıb.

İclasda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın Türk Dünyası Elmlər Akademiyaları Birliyinə rəhbərlik edəcəyini vurğulayıb.

İclasda bu ilin may-iyun aylarında Bakıda birliyin növbəti iclasının, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti və Türk Dünyası Muxtar Qurumlarının 100 illiklərinə həsr olunmuş beynəlxalq elmi konfransların keçirilməsi barədə də qərar qəbul edilib.