Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-24 12:11:00
ktəb sənədləri necə hazırlanmalıdır?-Zəruri bilgilər

Direktorların işə qəbul  imtahanında iştirak edən namizədlərə ən çox verilən suallardan biri də məktəb sənədlərinin hazırlanması, maliyyə-təsərrüfat sənədləri barədədir.

AzEdu.az məlumat verir ki, bu məsələlər “Məktəb sənədlərinin aparılması və saxlanması barədə təlimat”da qeyd olunub.

Təlimata əsasən, maliyyə-təsərrüfat sənədlərinə bunlar aiddir:

Məktəbin texniki pasportu, əsas vəsaitlərin inventar siyahısı, materialların anbar uçotu kitabı, müəssisənin ehtiyacı üçün materialların verilməsi cədvəli, istismarda olan ucuz qiymtəli və tez işlənən əşyaların  hərəkətinin operativ (miqdarca) uçotu cədvəli, məktəbin kitabxana fondunun inventar kitabı.

Göstərilən sənədlər təsərrüfat müdirləri, direktorun təsərrüfat işi üzrə müavini, kabinet müdirləri, bədən tərbiyəsi müəllimləri, hərbi rəhbərləri, məktəbyanı internat müdirləri, kitabxanaçıları və s. tərəfindən aparılır.

Bundan əlavə, məktəbdə rayon təhsil şöbəsi müdiri tərəfindən təsdiq edilmiş mövcud ştat cədvəli, müəllimlərin tarifləşmə siyahısı olmalıdır.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları