Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-19 10:21:00
“Fövqəladə hallar uşaqların gözü ilə”

Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəbləri, lisey və gimnaziyalar, internat məktəbləri və uşaq-gənclər  inkişaf mərkəzlərinin şagirdləri arasında  “Fövqəladə hallar  uşaqların gözü ilə” IX respublika uşaq yaradıcılıq müsabiqəsi keçirilib.

 

AzEdu.az xəbər verir ki, müsabiqədə məktəb və rayon turları üzrə I yer tutan işlər respublika müsabiqəsinə təqdim olunub. Müsabiqənin respublika turunda 2 nəfər şagird - Mais Şabanov “Əl işi” nominasiyası üzrə  II, “Yanğın və qəza xilasetmə texnikasının modeli” nominasiyası üzrə Hacımahmud Mahmudov isə  həvəsləndirici yerlərə layiq görülüblər.  Şagirdlərə Təhsil və Fövqəladə Hallar nazirliklərinin fəxri fərmanları və hədiyyələri təqdim olunub.(Azərbaycan müəllimi)