Azedu.az

Bu gün MİQ imtahanları YEKUNLAŞIR

MİQ

18 İyul 2026, 09:22
Bu gün MİQ imtahanları YEKUNLAŞIR

Bu gün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanlarının sonuncu günü keçirilir.

AzEdu.az xəbər verir ki, bu günün birinci seansında ingilis dili, alman dili, fransız dili, ikinci seansda isə riyaziyyat və kimya müəllimi olmaq istəyən namizədlər imtahan verəcəklər.

Namizədlər imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumatla şəxsi kabinetləri vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 14-18 iyul tarixlərində ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunur.

İmtahanlarda 40 minədək müəllimin iştirakı gözlənilir.

Ceyhun Bayramov Lavrovu MAT QOYDU - Ukrayna müharibəsini pislədi
Son xəbərlərDaha çox