Azedu.az

Məktəblilərimiz coğrafiya olimpiadasında uğur qazanıblar

Şagirdlər

18 İyul 2026, 10:11
Məktəblilərimiz coğrafiya olimpiadasında uğur qazanıblar

28 iyun–3 iyul 2026-cı il tarixlərində Bolqarıstanın Varna şəhərində keçirilən XII Avropa Coğrafiya Olimpiadasında Azərbaycanı təmsil edən şagirdlər 2 bürünc medal qazanıblar.

AzEdu.az medal qazanan şagirdləri təqdim edir:

Məhəmməd Abdulla – BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 9-cu sinif şagirdi;

Yəhya Əhməd – Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 10-cu sinif şagirdi.

Qeyd edək ki, Avropa Coğrafiya Olimpiadası məktəblilər arasında coğrafiya sahəsində bilik və bacarıqların inkişafını təşviq edən nüfuzlu beynəlxalq yarışlardan biridir.

Ceyhun Bayramov Lavrovu MAT QOYDU - Ukrayna müharibəsini pislədi
Son xəbərlərDaha çox