Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-17 16:04:00
Sosial məzuniyyətə çıxmış müəllimlərin dərs saatı necə bölünür?- Cavab

 

AzEdu.az mütəmadi olaraq, müəllimləri maraqlandıran sualların cavabı barədə yazılar yayımlayır.

Müəllimləri  ən çox maraqlandıran  məqamlardan biri də sosial məzuniyyətə çıxmış müəllimlərin dərs saatının bölgüsü ilə bağlıdır.

Sual:

Sosial məzuniyyətə çıxmış müəllimlərin dərs saatı necə bölünür?

Cavab:

AzEdu.az xəbər verir ki, sosial məzuniyyətdə olan müəllimlərə hər dərs ilinin əvvəlində tarifləşmə cədvəlində həftəlik dərs yükü ayrılır və əmrləşdirilir. Sosial məzuniyyətdə olan müəllimlərin dərs yükü ilə bağlı aşağıdakı ardıcıllıq gözlənilməklə qərar qəbul edilir:

-dərs yükü müəssisədə çalışan ixtisaslı müəllimlər arasında bölüşdürülür;

-tabeçilik üzrə təhsili idarəetmə orqanının razılığı əsasında digər məktəblərdən əvəzçiliklə ixtisaslı müəllim dəvət edilir.

Qeyd olunanlar mümkün olmadığı halda sosial məzuniyyət yerinə müddətli əmək müqaviləsi ilə müəllimlərin işə qəbulu Qaydaların 4.5-ci bəndinə uyğun tənzimlənir.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları