Azedu.az

Müəllimlərdən nümunəvi addım: Qələmi qoyub fırçanı götürdülər

Müəllimlər və elm adamları

8 İyul 2026, 12:08
Müəllimlərdən nümunəvi addım: Qələmi qoyub fırçanı götürdülər

Türkiyənin Elazığ şəhərində fəaliyyət göstərən Liseyinin müəllim və əməkdaşları yay tətilində məktəbdə könüllü təmir və təmizlik işləri həyata keçiriblər.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, məktəb rəhbərliyi, müəllimlər və yardımçı heyət yeni tədris ili öncəsi məktəbin əsas binasında təmizlik işləri aparıb, yataqxanada isə boya, rəngləmə və müxtəlif təmir işləri görüblər.

Aparılan işlərin əsas məqsədi xüsusilə ətraf kəndlərdən və digər bölgələrdən gələn şagirdlərin qaldığı yataqxanada daha rahat və gigiyenik şərait yaratmaq olub.

Məktəb direktor müavini Ramazan Boz bildirib ki, görülən işlər tamamilə könüllü şəkildə həyata keçirilib. Onun sözlərinə görə, məqsəd yalnız fiziki şəraiti yaxşılaşdırmaq deyil, həm də məktəbə sahib çıxmaq və şagirdlərə həmrəylik nümunəsi göstərməkdir.

Peşə fənləri müəllimi Yusuf Şahin isə qeyd edib ki, müəllimlər şagirdlərin daha yaxşı şəraitdə təhsil alması üçün yay tətilində də fəaliyyət göstərirlər.

Yataqxanada 15 ildir çalışan müəllim Filiz Ateşçelik bildirib ki, tətil dövründən istifadə edərək mövcud çatışmazlıqları aradan qaldırmaq üçün boya, rəngləmə və təmir işlərinə başlanılıb.

ELAZIĞ CUMHURİYET ANADOLU İMAM HATİP LİSESİNDE GÖREV YAPAN İDARECİ VE ÖĞRETMENLER, YAZ TATİLİ İZİNLERİNİ KULLANMAYARAK OKUL PANSİYONUNDA GÖNÜLLÜ BOYA, BADANA, TADİLAT VE TEMİZLİK SEFERBERLİĞİ BAŞLATTI

ELAZIĞ CUMHURİYET ANADOLU İMAM HATİP LİSESİ'NDE GÖREVLİ İDARECİLER, ÖĞRETMENLER VE YARDIMCI PERSONEL, YAZ TATİLİ DÖNEMİNDE OKUL VE PANSİYON BİNALARINDA FİZİKİ İYİLEŞTİRME ÇALIŞMASI BAŞLATTI.

Məktəb kollektivi görülən işlərlə yeni tədris ilində şagirdlər üçün daha sağlam və rahat təhsil mühiti yaratmağı hədəfləyir.

MİLLİ EĞİTİM BAKANLIĞI VE İL MİLLİ EĞİTİM MÜDÜRLÜĞÜ'NÜN DESTEK SAĞLADIĞI OKULDA, ÖĞRETMENLER GÖNÜLLÜ OLARAK MESAİ SAATLERİNİN DIŞINDA GERÇEKLEŞTİRDİKLERİ BU ÇALIŞMAYLA, ÖĞRENCİLERE DAHA HİJYENİK BİR EĞİTİM ORTAMI SUNMAYI VE KURUMA SAHİP ÇIKMA BİLİNCİNİ GÜÇLENDİRMEYİ HEDEFLEDİKLERİNİ BELİRTTİ.

Türkiyədə Trampdan şok qərar - İrana ağır zərbə endirin!
Son xəbərlərDaha çox