Azedu.az

Təhsil işçiləri daha bir klinikanın xidmətlərindən güzəştlə istifadə edəcəklər

Müəllimlər və elm adamları

8 İyul 2026, 11:06
Təhsil işçiləri daha bir klinikanın xidmətlərindən güzəştlə istifadə edəcəklər

Təhsilin İnkişafı Fondu (TİF) ilə Dünyagöz Xəstəxanası arasında “TəhsilPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb.

AzEdu.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində təhsil işçiləri Dünyagöz Xəstəxanasının təqdim etdiyi xidmətlərdən xüsusi güzəştlərlə yararlana biləcəklər. Müqaviləyə əsasən, müayinə və tomoqrafiya xidmətlərinə 50 faiz, lazer, ümumi və xüsusi əməliyyatlara isə 20 faiz endirim tətbiq olunacaq.

İmzalanma mərasimində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Dünyagöz Xəstəxanasının icraçı direktoru Mahmut Hazıroğlu, eləcə də hər iki tərəfin nümayəndələri iştirak ediblər.

Nicat Məmmədli bildirib ki, bu əməkdaşlıq təhsil işçilərinin sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir. O, təhsil işçilərinin keyfiyyətli tibbi xidmətlərə daha əlçatan şəkildə çıxışının təmin edilməsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra Mahmut Hazıroğlu təhsil sahəsində çalışan şəxslərə dəstək verməyin onlar üçün mühüm sosial məsuliyyət istiqamətlərindən biri olduğunu qeyd edib, əməkdaşlığın uzunmüddətli və faydalı olacağına inandığını ifadə edib.

Qeyd edək ki, “TəhsilPlus” layihəsi Təhsilin İnkişafı Fondu, "Kapital Bank" və “Mastercard” qlobal texnologiya şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilir. Layihə çərçivəsində kartların bütün təhsil pillələri üzrə fəaliyyət göstərən təhsil işçilərinə mərhələli şəkildə təqdim edilməsi nəzərdə tutulur. Bununla yanaşı, təhsil işçiləri üçün müxtəlif sahələrdə yeni üstünlüklərin yaradılması və tərəfdaş şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Türkiyədə Trampdan şok qərar - İrana ağır zərbə endirin!
Son xəbərlərDaha çox