Azedu.az

Alimlər beyin qocalmasının erkən əlamətini tapıblar

Müəllimlər və elm adamları

5 İyul 2026, 11:30
Alimlər beyin qocalmasının erkən əlamətini tapıblar

Alimlər beynin qocalması və Alzheimer xəstəliyinin erkən mərhələdə müəyyən edilməsi ilə bağlı mühüm araşdırmanın nəticələrini açıqlayıblar.

AzEdu.az xəbər verir ki, yaddaş pozuntuları yaranmazdan əvvəl beynin yeni məlumatlara uyğunlaşmaq və sinir əlaqələrini yenidən formalaşdırmaq qabiliyyəti zəifləməyə başlayır. Mütəxəssislərin fikrincə, bu dəyişikliklər gələcəkdə Alzheimer xəstəliyinin ilk xəbərdaredici əlamətlərindən biri kimi istifadə oluna bilər.

Araşdırma müəllifləri bildirirlər ki, beynin uyğunlaşma qabiliyyətinin qiymətləndirilməsi xəstəliyin erkən diaqnostikasına imkan yaradaraq müalicəyə daha vaxtında başlamağa kömək edə bilər. Bu isə həm xəstələrin həyat keyfiyyətinin qorunması, həm də yeni müalicə üsullarının hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.

Alimlər qeyd edirlər ki, əldə olunan nəticələrin təsdiqlənməsi üçün daha genişmiqyaslı tədqiqatların aparılmasına ehtiyac var. Bununla belə, araşdırma Alzheimer xəstəliyinin erkən aşkarlanması istiqamətində ümidverici addım kimi qiymətləndirilir.

Rusiyada benzinə görə QIRĞIN BAŞLADI - Qadınlardan Putinə etiraz
Son xəbərlərDaha çox