Azedu.az

Bu gün MİQ-in dördüncü GÜNÜDÜR

MİQ

17 İyul 2026, 08:58
Bu gün MİQ-in dördüncü GÜNÜDÜR

Bu gün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanlarının dördüncü günü keçirilir.

AzEdu.az xəbər verir ki, bu günün birinci seansında  fizika, rus dili və rus dili və ədəbiyyatı müəllimi olmaq istəyən namizədlər imtahan verirlər.

Namizədlər imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumatla şəxsi kabinetləri vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 14-18 iyul tarixlərində ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunur.

İmtahanlarda 40 minədək müəllimin iştirakı gözlənilir.

Rusiyada azərbaycanlılara hücum başladı- Kreml Bakıya diş qıcayır
Son xəbərlərDaha çox