Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-09 17:16:00
“Xalçaçılıq sənəti” mövzusunda ilk dəfə onlayn dərs

Lənkəran Peşə Liseyi yeniyetmə və gənclər arasında peşəyönümlü təlimin təkmilləşdirilməsi məqsədilə Lənkəran və ətraf rayonların ümümtəhsil məktəbləri ilə birlikdə onlayn dərslərin  keçirilməsinə başlayıb.

AzEdu.az xəbər verir ki, lisey orta məktəblərdə “Xalçaçılıq sənəti” mövzusunda ilk onlayn dərsi Astara rayonunun Artupa kənd tam orta məktəbində keçirib. Liseyin direktoru Afər Kərimov Azərbaycanda peşə təhsili və təliminin yeniyetmə və gənclər üçün vacib olduğunu qeyd edərək bildirib ki, bu istiqamətdə aparılan işlər gənclərdə daha erkən yaşlarından müxtəlif peşələr haqqında məlumat almağa, onların gələcək planlarına və əmək bazarına inteqrasiya etməsinə əlverişli şərait yaradır.

 Artupa kənd orta məktəbinin direktoru Aynur Muradova İKT-dən istifadə etməklə dərslərin keçirilməsi və bunun şagirdlərin təhsil alma prosesində motivasiyasına müsbət təsiri haqqında məlumat verib.

 Dərs zamanı liseyin xalçaçılıq üzrə istehalat təlim ustası Tərifə Məmmədova xalçaçılıq, xalçaçılıqda istifadə olunan avadanlıqlar, saplar, çeşnilərin hazırlanması, xalçanın toxunması haqqında şagirdlərin suallarını cavablandırıb.

 Sonra praktiki məşğələlər nümayiş olunub.

 Sifai SƏFƏROVA (Azərbaycan müəllimi)