XƏBƏRLƏR

09.12.2019 16:26
BSU-dan açıqlama: “İtkin düşən tələbə burada oxumur”

Bakıda tələbənin itkin düşməsi ilə bağlı məlumat mediada səs-küyə səbəb olub.

Məlumata görə, Bakı Slavyan Universitetinin Dərnəgül qəsəbəsindəki yataqxanasında yaşayan İbrahimova Ruhiyyə İbrahim qızı Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib. O, etdiyi müraciətində onunla eyni ünvanda yaşayan İbrahimova Əzizə Kazım qızının dekabrın 4-də saat 16 radələrində yaşadığı evdən çıxıb bir daha geri qayıtmadığını bildirib.

AzEdu.az məsələni dəqiqləşdirmək məqsədilə Bakı Slavyan Universiteti ilə əlaqə saxlayıb. Universitetin mətbuat katibi  Mənsur İbrahimov hadisənin BSU ilə əlaqəli olmadığını qeyd edib:

“Bakı Slavyan Universitetində  İbrahimova Əzizə Kazım qızı  adlı tələbə təhsil almır"

Məlumatda bildirilir ki, Bakı Slavyan Universitetinin Dərnəgül qəsəbəsindəki yataqxanasında yaşayan İbrahimova Ruhiyyə İbrahim qız Binəqədi Rayon Polis idarəsinə ərizə ilə müraciət edib. Bu o demək deyil ki, itkin düşən şəxs BSU tələbəsidir. Sadəcə ərizə ilə müraciət edən şəxs universitetin yataqxanasında qalır.

Məsələni müvafiq şöbələrlə ətraflı araşdırdıq. Məlum oldu ki,  Bakı Slavyan Universitetində İbrahimova Əzizə Kazım qızı adlı tələbə təhsil almır. Buna görə  də dekabrın 4-ü saat 4 radələrində evdən çıxıb geri qayıtmayan Əzizə İbrahimova haqqında məlumatımız yoxdur”.

Qeyd edək ki, faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Şükufə Süleymanlı Müəllifin digər yazıları