Azedu.az

Rektor tələbələrə daha 10 tövsiyə verdi: “Tanrıya şükr edin”

Ali təhsil

21 Noyabr 2019, 09:57
Rektor tələbələrə daha 10 tövsiyə verdi: “Tanrıya şükr edin”

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov tələbə gənclərə növbəti tövsiyələrini verib.
AzEdu.az-ın məlumatına görə, rektor daha 10 tövsiyəsini onlarla bölüşüb:
“Dəyərli tələbələr və gənclər növbəti tövsiyələrimi sizlərlə bölüşürəm:
1. Tanrıya şükr edin. Şükr etdikcə nemətlər artır.
2. Sizə edilən yaxşılıqları heç zaman unutmayın.
3. Əlinizdəki imkan və fürsətləri düzgün dəyərləndirin.
4. Zamanınızın boşa getməsinə imkan verməyin.
5. Daha çox oxuyun, daha çox öyrənin.
6. Gəncliyinizin dəyərini bilin.
7. Kobudluq və aqressivlikdən uzaq olun.
8. Sağlamlığınızın dəyərini bilin.
9. İsrafçılıqdan uzaq olun.
10. Gülərüz və yardımsevər olun”.

Ermənistanda şok hazırlıq - Bu halda Azərbaycanla müharibə başlayır
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox