XƏBƏRLƏR

30.10.2019 13:28
Magistraturaya qəbul imtahanlarında maksimal bal toplayan olmayıb  

2018-ci ildə keçirilən magistraturaya qəbul imtahanlarında bakalavrlardan heç biri maksimal bal toplaya bilməyib.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent”jurnalının 12-ci sayında bildirilib.

Magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsində toplanıla bilən maksimal bal 100, toplanılan ən yüksək bal isə 95-dir.

Bakalavrların yarısı 49.91 baldan yüksək nəticə göstərə bilməyib. Ayrı-ayrı fənlər üzrə orta göstəricilər belədir: məntiq üzrə 52.64%, informatika üzrə 49.89%, ingilis dili üzrə 47.24%, fransız dili üzrə 48.16%, alman dili üzrə 47.83%, rus dili üzrə 51.31%.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu