XƏBƏRLƏR

22.07.2019 12:30
Müəllimlərin işə qəbulu imtahanları davam edir  

İyulun 22-də riyaziyyat, texnologiya və kimya fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir. İmtahanlarda 3216 namizədin iştirakı gözlənilir.

AzEdu.az xəbər verir ki, müəllimlərin işə qəbulu üzrə imtahanlar iyulun 24-dək davam edəcək.

Xatırladaq ki, iyulun 8-dən etibarən alman dili, tarix, fizika, fransız dili, musiqi, informatika, rus dili, ingilis dili, biologiya, coğrafiya, ibtidai sinif, fiziki tərbiyə, təsviri incəsənət və riyaziyyat üzrə test imtahanları keçirilib. Növbəti günlərdə Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili, rus dili və ədəbiyyat müəllimi olmaq istəyən namizədlər imtahanlarda iştirak edəcək.

Bu günədək keçirilən imtahanlarda ən yüksək nəticə riyaziyyat fənni üzrə 59 bal olub.

İlin gənc müəllimi-Müraciət formu