Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-18 09:14:53
MİQ müsabiqəsinin rekordçusu – “Ali təhsilim yoxdu, amma universitet məzunlarını üstələdim”  

Müəllimlərin işə qəbulu müsabiqəsi davam edir. İbtidai sinif müəllimliyi üzrə MİQ müsabiqəsində daha 3 müəllim yüksək nəticə göstərərək, 58 bal toplayıb.

Həmin müəllimlərdən Aida Mikayılova, MİQ müsabiqəsiylə  bağlı təəssüratlarını AzEdu.az-la bölüşüb:

“İmtahan şəffaf keçirildi. Bəlkə də hazırlıqlı olduğum üçün suallar mənə olduqca asan gəldi. Hətta ibtidai səviyyədən də aşağı olduğunu deyərdim. Suallara iki dəfə təkrar baxmağa da vaxtım qaldı.  

Nəticəm 58 bal oldu. Yaza bilmədiyim suallara gəldikdə isə, məncə biri kurikulum, digəri isə məntiqlə bağlı olmalıdır”.

Aidə xanım bundan əvvəl də MİQ-də iştirak edib:

“MİQ-də ilk iştirakım ötən il olub.  Nəticəm 39 bal idi. Bu il isə imtahana daha məsuliyyətlə yanaşdım. Kurikulum məntiq və ixtisasımdan 6 ay hazırlıq kursuna getdim. Sonda isə arzuladığım nəticəni əldə etdim.

Bakıda yaşadığım üçün burda işləmək istəyirəm”.

Sonda Aida xanım müsabiqədə iştirak edəcək müəllimlərə öz məsləhətini verdi:

“Ali təhsilim yoxdur. Azərbaycan Dövlət Pedaqoji kollecin məzunu olsam da, universitet məzunlarının çoxundan yüksək nəticə göstərdim. MİQ-də iştirak edəcək müəllimlərə də onu demək istərdim ki, diqqətli olsunlar və həyəcan keçirməsinlər. Yalnız bu yolla uğura nail olmaq mümkündür. Əks halda insan bildiyini də unudur”.

Rəna Nəbi