Azedu.az

Çində təhsil almaq istəyənlərin nəzərinə

Xaricdə Təhsil

27 Dekabr 2024, 16:53
Çində təhsil almaq istəyənlərin nəzərinə

Çin Xalq Respublikası 2025-2026-cı tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində müraciətlərin qəbulunu elan edir. 

AzEdu.az xəbər verir ki, bu barədə Elm Və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Belə ki, təqaüd proqramı hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.

Sənəd qəbulu 5 yanvar 2025-ci il, saat 23:59-a kimi davam edəcək. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2025-ci ilin iyul-avqust ayları ərzində təqdim olunması gözlənilir.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox