Azedu.az

"Tarixdə bu gün" - Bədən Tərbiyəsi və İdman Günüdür

Rubrika

5 Mart 2025, 09:07
"Tarixdə bu gün" - Bədən Tərbiyəsi və İdman Günüdür

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

5 mart harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

5 Mart Bədən Tərbiyəsi və İdman Günüdür:

 

Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər ilin bu günü Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. 

 

Ölkəmizdə Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması isə təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

 

5 mart 1992-ci ildə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasında Xocalı faciəsi ilə bağlı müzakirələrə başlanılıb.    

 

5 mart 1936-cı ildə tanınmış ədəbiyyatşünas, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Yaşar Qarayev anadan olub:

 

O, Milli realizmin təsnifi və tipologiyası, orta əsrlər və XX əsr romantizminin poetikasına dair dəyərli tədqiqatların müəllifidir.

 

5 mart 1947-ci ildə  filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı anadan olub:

 

Onun“Dədə Qorqudun qəbrinin izi ilə”, “Mirzə Fətəli Axundzadə və Qərbi Avropa ədəbi-nəzəri fikri” və başqa kitabları var. 

İstefa ərizəsi molla rejimini silkələdi - İran çalxalanır
Son xəbərlərDaha çox