“2024-2025-ci tədris ilində inklüziv siniflər təşkil edilmiş 67 ümumi təhsil müəssisəsində 362 sağlamlıq imkanları məhdud şagirdə Fərdi Tədris Planı hazırlanıb”.
AzEdu.az xəbər verir ki, bu məlumat Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyətinə dair hesabatında öz əksini tapıb.
Qeyd edilib ki, inklüziv siniflər təşkil edilmiş ümumi təhsil müəssisəsində loqoped-müəllimlər işə cəlb olunub, 562 nəfər pedoqoji heyət inklüziv təhsil proqramı üzrə təlimlərdən keçib. 49 inklüziv məktəb köməkçi otaqda tələb olunan avadanlıqlarla (kompüter və printer daxil olmaqla) və əyani vəsaitlərlə təmin olunub.