Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-19 07:33:47
“Tələbələr nəsillərində, hətta özlərində olan xəstəlikləri bilmirlər” - Deputat Kamilə Əliyeva

“Biz tələbələrə genetikanı, nəsil şəcərəsinin tərtibi metodikasını öyrədirik. Lakin əfsuslar olsun ki, onlardan  soruşanda görürəm ki, nəsillərində, hətta özlərində olan xəstəlikləri bilmirlər”

AzEDU.az xəbər verir ki, bu sözləri Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Kamilə Əliyeva Modern.az-a müsahibəsi zamanı deyib.

O, müsahibəsində bir çox genetik problemlərlə yanaşı, dərs dediyi tələbələrin bu məsələlərdən xəbərsiz olduğuna da toxunub.

“4 minə yaxın irsi xəstəlik var. Onların hər birini yoxlamaq mümkün deyil. Mən  maarifləndirmədən söz açdım. İnsanlar hər biri öz nəsil şəcərəsini araşdırmalıdır, nəslində hansı irsi xəstəliklərin olduğunu bilməlidir.

Tələbələrdən bəzən, biri gəlib “bizim nəsildə heç kimdə şəkər olmayıb, bəs mən niyə bu xəstəliyə tutuldum” deyir. Şəkər xəstəliyi resessivdir. Yəni hər bir nəsildə üzə çıxmır”.

Dominant odur ki, o, hər bir nəsildə üzə çıxa bilir. Resessiv isə odur ki, ola bilsin ki, 1 nəsildə üzə çıxmasın, digərində büruzə versin.

Bunlar sadəcə ehtimallardır. Genetika xəstəliyin sırf  hansı fərddə olub-olmadığını demir. Genetika ehtimalları üzə çıxarır”.

Qeyd edək ki, K.Əliyeva həm də Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin genetika və təkamül təlimi kafedrasının professorudur.