Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-10 09:21:00
Müəllimlər üçün 5 MƏSLƏHƏT

Yaxşı müəllim həm də yaxşı gənc nəsil deməkdir. Cəmiyyətin sağlamlığı o cəmiyyətdə yaşayan müəllimlərdən asılıdır, - deyənlər heç də yanılmır.


Azedu.az saytı müəllimlərlə bağlı növbəti məsləhətləri təqdim edir:


1. Yaxşı müəllim olmaq üçün fənninizi mükəmməl bilməklə yanaşı, geniş dünyagörüşə və idarəetmə bacarığına malik olmalısınız.


2. Öyrənilən mövzu ətrafdakı reallığa tətbiq edilərsə və ya rəqabət elementi - riyazi müsabiqələr, müxtəlif növ olimpiadalar və yarışlar təqdim edilərsə, şagirdlərin motivasiyası artar. İstənilən yaşda olan şagirdlər viktorinalarda suallara cavab verməkdən həzz alırlar.


3. Uşaqlar üçün əhəmiyyətli olan böyükləri - sinif müəllimlərini, valideynləri dərslərinizə daxil etsəniz, dərs daha maraqlı olacaq.


4. Uşaqların uğurlarına onlarla birlikdə sevinmək lazımdır. Onlarla fəxr etməyi öyrənin.


5. Özünüzü bir heykəl kimi aparmamalısınız. Yalnız heykəllər öz qüsurlarını görmür və onları etiraf etmirlər. Uşaqlara başa salmaq lazımdır ki, onlarla yanaşı, müəllimlərin də səhv etmək hüququ var. Bəzən məqsədyönlü şəkildə səhv edin və uşaqların bu səhvi başa düşməsinə şərait yaradın.