Azedu.az

Bu gün Yerin Günəşdən ən uzaq olduğu gündür

Maraqlı

6 İyul 2026, 10:32
Bu gün Yerin Günəşdən ən uzaq olduğu gündür

Bu gün Yer öz orbitində Günəşdən ən uzaq nöqtəyə - afeliy adlanan mövqeyə çatıb.

AzEdu.az xəbər verir ki, astronomların məlumatına görə, bu zaman Yer ilə Günəş arasındakı məsafə təxminən 152,1 milyon kilometr təşkil edir.

Afeliy hər il iyul ayının əvvəlində baş verir və bu, Yerin Günəş ətrafındakı elliptik orbitinin təbii nəticəsidir. Buna baxmayaraq, Şimal yarımkürəsində yay fəslinin yaşanması ilə Yerin Günəşdən uzaq olması arasında birbaşa əlaqə yoxdur.

Mütəxəssislər bildirirlər ki, fəsillərin yaranmasının əsas səbəbi Yerin Günəşə olan məsafəsi deyil, planetimizin öz oxu ətrafında təxminən 23,5 dərəcə meyilli olmasıdır. Bu meyillik Günəş şüalarının Yer səthinə düşmə bucağını dəyişdirir və nəticədə fəsillər formalaşır.

Qeyd edək ki, Yer hər il yanvar ayının əvvəlində Günəşə ən yaxın nöqtəyə – perihelion mövqeyinə çatır. Həmin vaxt Yer ilə Günəş arasındakı məsafə təxminən 147 milyon kilometr olur.

Rusiyada benzinə görə QIRĞIN BAŞLADI - Qadınlardan Putinə etiraz
Son xəbərlərDaha çox