Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin imtahan tarixlərinin nə zaman açıqlanacağı ilə bağlı namizədlər tərəfindən çoxsaylı suallara ünvanlanır.
Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) AzEdu.az-a bildirilib ki, müəllimlərin işə qəbulu prosesi ilə bağlı məlumatlar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq:
"Qurumdan qeyd olunub ki, imtahanların dəqiq keçiriləcəyi tarixlə bağlı hazırda konkret məlumat yoxdur".
Qeyde edək ki, ötən həftə MÜTDA-nın direktoru Eşqi Bağırov Modern.az-a açıqlamasında həmin həftə ərzində Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarının növbəti mərhələsinin tarixi ictimaiyyətə açıqlanacağını bildirmişdi.