Azedu.az

Bu müsabiqənin elektron sənəd qəbulunun müddəti uzadılıb

AzEdu Təhsil Platforması

6 İyul 2026, 16:11
Bu müsabiqənin elektron sənəd qəbulunun müddəti uzadılıb

29 iyun 2026-cı il saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılıb.

AzEdu.az-a bu barədə MÜTDA-dan məlumat verilib.

Qeyd olunub ki, namizədlər 8 iyul 2026-cı il saat 17:00-dək miq.edu.az/direktor linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla başa vuran namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

 Qeyd edək ki, müsabiqənin nəticələri namizədlərin şəxsi səhifələrində yerləşdiriləcək. Müsabiqədə uğur qazanan namizədlərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək

TƏCİLİ! Azərbaycandan sərt etiraz - NOTA verildi
Son xəbərlərDaha çox