Kanada hökuməti beynəlxalq tələbələr üçün təhsil icazəsi (study permit) ilə bağlı qaydalara dair yenilənmiş təlimatı qüvvəyə mindirib.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni təlimata əsasən, təhsil icazəsi sahiblərinin hüquq və öhdəlikləri daha dəqiq müəyyənləşdirilib. Dəyişikliklər tələbələrin təhsil aldıqları proqramı davam etdirməsi, təhsil müəssisəsinin dəyişdirilməsi və immiqrasiya qaydalarına əməl etməsi ilə bağlı tələblərin aydınlaşdırılmasını nəzərdə tutur.
Rəsmilər bildiriblər ki, yenilənmiş qaydaların əsas məqsədi beynəlxalq tələbələr üçün təhsil prosesini daha şəffaf etmək, eyni zamanda ölkənin immiqrasiya sisteminin etibarlılığını gücləndirməkdir.
Mütəxəssislər hesab edirlər ki, Kanadada təhsil almağı planlaşdıran şəxslər yeni qaydalarla əvvəlcədən tanış olmalı və təhsil icazəsinin şərtlərinə ciddi şəkildə əməl etməlidirlər. Bu, gələcəkdə təhsil və immiqrasiya prosesində yarana biləcək problemlərin qarşısını almağa kömək edəcək.