Azedu.az

BMU-da yay imtahan sessiyası başa çatıb

Tələbələr

6 İyul 2026, 11:58
BMU-da yay imtahan sessiyası başa çatıb

Bakı Mühəndislik Universitetində (BMU) 2025/2026-cı tədris ilinin yaz semestri üzrə yay imtahan sessiyası başa çatıb.

Universitetdən AzEdu.az-a bildirilib ki, iyun ayının əvvəlində bakalavriat və magistratura səviyyələrində başlanılan imtahanlar iyulun 5-dək davam edib. Sessiyanın yüksək səviyyədə təşkili üçün bütün zəruri təşkilati və texniki tədbirlər həyata keçirilib, tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesində obyektivlik və şəffaflıq prinsipləri təmin olunub.

Qeyd edək ki, imtahan sessiyası ərzində fəaliyyət göstərən Qərargahda proses mütəmadi nəzarətdə saxlanılıb, yaranan məsələlərin operativ həlli istiqamətində tədbirlər görülüb. Eyni zamanda, akademik borcu olan və üzrlü səbəbdən imtahanlarda iştirak edə bilməyən tələbələr üçün qanunvericiliyin tələblərinə uyğun olaraq təkrar imtahanlar təşkil edilib.

Sessiya müddətində Apellyasiya Komissiyasına daxil olan müraciətlərə operativ baxılıb və hər bir müraciət üzrə əsaslandırılmış qərar qəbul olunub.

Rusiyada benzinə görə QIRĞIN BAŞLADI - Qadınlardan Putinə etiraz
Son xəbərlərDaha çox