Azedu.az

Təhsil İnstitutu dərsdinləmələr təşkil edib

31 Mart 2023, 13:27
Təhsil İnstitutu dərsdinləmələr təşkil edib

ARTİ-nin Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi məktəbəsaslı metodik xidmətin göstərilməsi istiqamətində işləri davam etdirir.

 

AzEdu.az xəbər verir ki, 28-29 mart tarixlərində Xavər Vəliyev adına 75 nömrəli tam orta məktəbdə dərsdinləmələr təşkil edilib. Dərsdinləmə prosesindən sonra müəllimlərə həm fərdi şəkildə konstruktiv rəy verilib, həm də dərslər zamanı müşahidə olunmuş bir sıra metodiki məsələlər pedaqoji heyətlə birlikdə müzakirə edilib və onlara bu istiqamətdə tövsiyələr verilib.

 

Müzakirələr zamanı müəllimlərdə izlənilən inkişaf dinamikası vurğulanıb, həmçinin məktəb kollektivinin sualları cavablandırılıb.

 

Qeyd edək ki, Məktəbin İnkişaf Planı (MİP) çərçivəsində 75 nömrəli tam orta məktəbdə müəyyən edilən təlim ehtiyaclarına uyğun olaraq mütəmadi metodik görüşlər keçirilir.

Putinin başqa yolu qalmadı: Bu şərtləri qəbul edir
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox