Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-24 17:29:17
Professor: Koronavirus artıq mövsümi qripə çevrilib

COVID-19 artıq mövsümi qrip, bir növ virus infeksiyası qrupuna daxil ola bilər.

 

AzEdu.az xəbər verir ki, bunu Türkiyənin Koronavirus Elmi Komitəsinin üzvü Səma Kultufan Turan bildirib.

 

Onun sözlərinə görə, virusun quruluşu 3 ildə dəyişib və ağır xəstəliyə səbəb olma ehtimalı azaldıb.

 

"Covid-19 virusunun quruluşunun dəyişməsi nəticəsində ağır xəstəlik halları azalıb. Yəni xəstəliklə bağlı xəstəxanaya yerləşdirmə və reanimasiyaya ehtiyac nisbətləri azalıb", - deyə professor vurğulayıb.

 

Səma Kultufan Turan vurğulayıb ki, Covid-19 digər bütün virus infeksiyaları kimi yaşlı insanlar və əlavə xəstəlikləri olanlar üçün hər zaman ciddi risk daşıyır.