Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-17 11:06:33
Məleykə Abbaszadə: Bu il abituriyentlərin sayı artıb - STATİSTİKA

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadəbu gün  ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarının gedişatına həsr olunmuş mətbuat konfransı keçirib.


AzEdu.az xəbər verir ki, M.Abbaszadə ali və tam orta ixtisas təhsil bazasından kolleclərə sənəd verənlərin sayında artım olduğunu qeyd edib. Belə ki, bu il 107188 abituriyent ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olmaq üçün öz ərizəsini təsdiq edib.

Ötən il bu rəqəm 99538 nəfər idi. 83717 abituriyent ərizəsində həm ali, həm də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istədiklərini qeyd edib. Bu il ərizə qəbulunda iştirak edən abituriyentlərdən 84159 nəfər cari ilin, 23029 nəfər isə əvvəlki illərin məzunlarıdır. 98119 nəfər Azərbaycan bölməsi, 9069 nəfər isə rus bölməsi üzrə sənəd verib.

Bu il buraxılış imtahanlarında (3 fənn üzrə) iştirak edən, lakin müxtəlif səbəblərdən 1- 15 mart tarixlərində keçirilən ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarına da yeniden imkan yaradılacağı qeyd olunub. Onlar 15 aprel - 5 may tarixləri arasında aparılacaq sənəd qəbulunda iştirak edə biləcəklər.

 

Martın 5-də ve 12-də keçirilən buraxılış imtahanları haqqında məlumat verən M.Abbaszadə bu il məzunların sayının daha çox olmasını diqqətə çatdırıb. 11-ci sinfi bitirən imtahan iştirakçılarının sayı bu il 98616 nəfər olub. 2790 nəfər isə peşə liseylərini bitirir. Ötən il müvafiq rəqəm 91067 və 2614 nəfər  olub.