Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-16 09:45:00
Şagirdlər arasında piylənmə 6 dəfə artıb

Səhiyyə Nazirliyinin verdiyi məlumata görə? son 20 ildə Rusiyada piylənmə diaqnozu qoyulan yeniyetmələrin sayı 6 dəfə artıb. 

AzEdu.az xəbər verir ki, bu barəd "Ria Novosti" agentliyi bildirib.

Əgər 2000-ci illərdə 100 min uşaq arasında 150-yə yaxın piylənmə halına rast gəlinirdisə, son beş ildə bu rəqəm 800-900 nəfərə çatıb. Rusiya  İstehlakçı hüquqlarının qorunması və insan sağlamlığına nəzarət  Federal Xidmətinin  (Rospotrebnadzor) – statistikasına görə, 2021-ci ildə hər 8 məktəb yaşlı oğlan və 20 məktəbli qızdan biri bu xəstəlikdən əziyyət çəkirdi. Yeniyetmələrin bədən çəkisi hər il orta hesabla 1-2 faiz artır.

Maraqlıdır ki, kənd yerlərində kökəlmə hallarına meqapolislərdən daha tez-tez rast gəlmək mümkündür. Deməli bu vaxta qədər düşünüldüyü kimi, artıq çəkinin əsas səbəbi "fast food" deyil, qeyri-sağlam qidalanmaqdır.

Rusiyada bu gün olmasa da, yaxın gələcəkdə yeniyetmələr arasında kökəlmə hallarının daha da artaraq ümummilli təhdidə çevriləcəyi gözlənilir. Buna görə də müvafiq təşkilatlar indidən tədbir görmək üçün müzakirələrə başlayıb və təkliflər hazırlayırlar.

Bu sahədə Azərbaycandakı yeniyetmələr arasında vəziyyət necədir? Hər hansı bir statistika mövcuddurmu?

Azedu.az təhsil portalı olaraq təhqiqatımız barədə sizi məlumatlandıracağıq.