Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-13 09:32:06
Sinif müəllimi əməliyyatdan sonra vəfat etdi

Bakıda ibtidai sinif müəllimi dünyasını dəyişib. 

AzEdu.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat paylaşıblar.

Məlumata görə, Bərdənin Uğurbəyli kəndində yaşayan 39 yaşlı ibtidai sinif müəllimi Arzu Əliyevanın halı qəfil pisləşib.

Məlumata görə, o, səhhətində yaranan problemlə əlaqədar ötən gün Bakıda 1 saylı Şəhər Klinik Xəstəxanasında əməliyyat olunub. Qadın müəllim əməliyyatdan sonra vəfat edib.