Azedu.az

Tədris ili üzrə Təqvim planı və digər məsələlərlə bağlı növbəti seminarlar keçirilib-DİM

2 Dekabr 2022, 13:07
Tədris ili üzrə Təqvim planı və digər məsələlərlə bağlı növbəti seminarlar keçirilib-DİM

28-30 noyabr 2022-ci il tarixlərində Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən Qarabağ, Mərkəzi Aran və Dağlıq Şirvan regional təhsil idarələrinin və tabeliklərində olan rayon təhsil sektorlarının məsul şəxsləri, həmçinin ümumi təhsil məktəblərinin "Şagird-məzun" sistemi üzrə əlaqələndiriciləri üçün 2022/2023-cü tədris ili üzrə Təqvim planı, buraxılış sinif məzunlarının yekun attestasiyası, şagirdlər haqqında məlumatların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi və digər məsələlərlə bağlı seminarlar keçirilib.

 

AzEdu.az xəbər verir ki, DİM-in Dövlət informasiya resursları departamentinin Ümumi təhsil pilləsində yekun attestasiya və təhsil müəssisələrində məzunların qeydiyyatı sektorunun müdiri Rəfail Məmmədov çıxış edərək “Şagird-məzun” sistemindəki yeniliklər və onlardan istifadə qaydaları barədə seminar iştirakçılarına ətraflı məlumat verib. 

 

Görüşdə Təqvim planına uyğun olaraq görüləcək işlər müzakirə edilib və iştirakçıların sualları cavablandırılıb.

QIZĞIN DEBAT! Ramiz Mehdiyevlə Əli Həsənov DİNDİRİLMƏYƏ ÇAĞIRILDI
Son xəbərlərDaha çox