https://modern.az/ #
2022-11-30 16:30:00
DİM-də fənlər üzrə işçi qruplarının iclasları keçirilib

Dövlət İmtahan Mərkəzində fizika, ədəbiyyat (rus bölməsi) və rus dili (əsas xarici dil) fənləri üzrə işçi qruplarının iclaslarında gündəlik məsələ 2022-сi ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında I ixtisas qrupu üzrə fizika, III ixtisas qrupu üzrə ədəbiyyat (rus bölməsi) fənnindən, tam (11 illik) orta  təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında isə rus dili (əsas xarici dil) fənnindən istifadə edilmiş və açıqlanmış bir variantın müzakirəsi olub.

 

AzEdu.az xəbər verir ki, iclaslarda 10 tapşırığın müzakirəsi aparılıb. Hər bir tapşırıq imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzulara görə təhlil edilib.

 

İşçi qruplarının rəylərinə görə:

– tapşırıqlar müvafiq fənn kurikulumunun təlim nəticələrinə, respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərə, qəbul və buraxılış imtahanı proqramlarına tam uyğundur;

– tapşırıqlarda elmi-metodiki səhv yoxdur;

– tapşırıqlarla abituriyentlərin və şagirdlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirmək mümkün olub.

 

İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikir bildirib və təkliflər veriblər.

 

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.