https://modern.az/ #
2022-11-30 11:26:00
DİM-in əməkdaşları təlimində iştirak edib

Təlimdə Şərq Tərəfdaşlığı ölkələrinin bir sıra dövlət qurumları təmsil olunub

 

AzEdu.az xəbər verir ki,2022-ci il 14-25 noyabr tarixlərində DİM-in Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsinin müdiri Pərviz Kazımov Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində  Şərq Tərəfdaşlığı Regional İdarəçilik İslahatı Fondu və GIZ (Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı) Regional Fondunun birgə təşkilatçılığı ilə “Peşəkar dövlət qulluğu və peşə təhsili üzrə təlim” layihəsi çərçivəsində “Şərq Tərəfdaşlığı ölkələrində peşəkar dövlət qulluğu” adlı təlimdə iştirak edib.

 

Təlimin məqsədi dövlət işçilərinin peşəkarlaşması və gələcək inkişafı ilə məşğul olan olan Şərq Tərəfdaşlığı ölkələrinin təlim müəssisələrinin nümayəndələrini “kouçinq”in elmi əsasları, seçilmiş neyroelmi tapıntıların “kouçinq” üçün əhəmiyyəti ilə tanış etmək, eləcə də onların “kouçinq”i kadr və idarəetmə inkişafının aləti kimi təsnif etməsini təmin etmək olub. 

 

Təlimçilər Dr. Sabina Horst və Anke Vigend müxtəlif təlim metodlarından (təqdimat, müzakirə, seminar, canlı nümayişlər və kollegial mübadilə) “Kouçinq kadr inkişafı tədbiri kimi”, “Kouçinq çərçivəsi haqqında başqa nələri bilmək vacibdir?”, “Kouçinq və müsahibənin mərhələləri”, “Kouçinqdə ünsiyyətin rolu” və digər mövzularda çıxış ediblər.