Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-27 14:00:00
Bu  namizədlərin müsahibə mərhələsi aparılır

Müsahibələrin 9 dekabrda yekunlaşdırılması nəzərdə tutulub

 

AzEdu.az xəbər verir ki, müsahibələr DİM-in Bakıda yerləşən inzibati binasında və regional bölmə mərkəzlərində DİM-in məsul əməkdaşları tərəfindən aparılır. Müsahibə mərhələsində namizədin sənədləri yoxlanılır, eləcə də təhsili, fəaliyyəti, iş təcrübəsi və digər məlumatları dəqiqləşdirilir. Müsahibənin nəticəsi məqbul və ya qeyri-məqbulla qiymətləndirilir. Namizədlərin nəticələri ilə bağlı məlumatlar elektron poçt ünvanlarına göndərilir.

 

Müsahibəyə dəvət olunan namizədlərin 9 dekabr tarixinədək qeydiyyatdan keçməməsi zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması prosesində iştirakdan imtina etməsi kimi qiymətləndirilir.

 

Bildirik ki, cari ildə zal nəzarətçisi sertifikatı əldə etmək üçün qeydiyyatdan keçən 2416 namizəd müsahibələrə dəvət olunub və indiyədək onlardan 1066 nəfəri müsahibədə iştirak edib. Müsahibədə iştirak edən namizədlərdən yalnız 691 nəfəri uğurlu nəticə əldə edərək növbəti mərhələdə iştirak etmək imkanı əldə edib.

 

Müsahibə nəticəsi məqbul olan namizədlərin yaxın günlərdə elektron poçt ünvanına psixometriya və ümumi intellekt səviyyəsinin yoxlanılması üçün test imtahanına qeydiyyatla bağlı bildiriş göndəriləcək. Namizədlər elektron anketə daxil olaraq test imtahanının gününü, vaxtını seçir və şəxsiyyət vəsiqələrini təqdim etməklə imtahanda iştirak edəcəklər.

 

Qeyd edək ki, zal nəzarətçisi sertifikatı əldə etmək üçün elektron qeydiyyat 2 dekabrda yekunlaşacaq.

 

Elektron qeydiyyatla bağlı suallarınız yaranarsa, [email protected] ünvanına yaza və ya DİM-in regional bölmələrinə müraciət edə bilərsiniz.

 

Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları  ilə tanış olmaq üçün linkə daxil ola bilərsiniz.