Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-25 18:58:00
 Kənd məktəbində örnək addım- Şagirdlərdən   “erkən nikaha yox” tamaşası-VİDEO

 

 

Astara rayon Şahin Əliyev adına Rüdəkənar kənd ümumi orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Mirzəyeva Firuzənin təşkilatçılığı ilə “erkən nikaha yox deyək” adlı səhnəcik hazırlanıb.

 

Açıklama yok.

Qeyd edək ki, ucqar kənd məktəbində hazırlanan belə maarifçi videolar şagirdlərin hərtərəfli inkişafı üçün çox əla zəmin rolunu oynayır.

 

"Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üzrə Fəaliyyət Planına əsasən Lənkəran -Astara Regional Təhsil İdarəsi- Astara Rayon Təhsil Sektorunun  Ş.Əliyev adına Rüdəkənar kənd ümumi orta məktəbin VIII-IX sinif şagirdləri arasında  "Qızları qoruyaq"adlı maarifləndirici tədbir keçirildi. Azərbaycan dili və ədəbiyyat müəllimi Mirzəyeva Füruzə tərəfindən təşkil edilən tədbirdə  erkən nikahın qızların təhsildən yayınmasına səbəb olduğu qeyd edilib və bunun qarşısının alınması üçün onların təhsilə cəlbi  istiqamətində görülməli işlər vurğulanıb.

 

Müasir dövrümüzün ən aktual problemlərindən biri olan erkən nigahın qızlarda yaratdığı fiziki və psixoloji fəsadlarla yanaşı, təhsildən yayınma və digər hüquq pozuntuları barədə şagirdlərə məlumat verilib. Qeyd edək ki,bu barədə valideynlərlə mütəmadi söhbət və maarifləndirici dairəvi masalar təşkil edilir.

Açıklama yok.

Tədbirin  təşəbbüskarı olan müəllim Mirzəyeva Füruzə maarifləndirici işləri barəsində bunları deyib:

 

Açıklama yok.

“Sevindirici haldır ki, 5 il bundan əvvəli və indiki vəziyyəti müqayisə etsək kənddə ali məktəblərə ,kolleclərə və peşə məktəblərinə daxil olan qızların sayında kəskin artım müşahidə edilir. Sonda şagirdlərin hazırladığı "Qızları qoruyaq" səhnəciyinə tamaşa edildi. Qoy bu şagirdlərimizin hazırladığı səhnəcik bütün qızlarımızın səsi olsun”.

 

AzEdu.az adıçəkilən video materialı təqdim edir: