Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-04 16:26:00
BMU-nun prorektoru Erasmus+ layihəsi çərçivəsində Fransada keçirilən tədbirdə iştirak edir-FOTO

Bakı Mühəndislik Universitetinin (BMU) Tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində Fransada keçirilən təlim proqramında iştirak edir.

 

AzEdu.az xəbər verir ki, 03-07 oktyabr tarixlərini əhatə edən proqram çərçivəsində Fransa Beynəlxalq Təhsil təşkilatında keçirilən ilk görüş təşkil olunub. Görüşə layihə konsorsiumunun üzvü olan Azərbaycan universitetlərinin rektorları, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müşaviri,  prorektorlar, o cümlədən digər səlahiyyətli universitet nümayəndələri qatılıblar. Təşkilatın  beynəlxalq əlaqələr üzrə koordinatoru və Rouen Universitetinin keçmiş prezidenti Jean-Luc Nahel tədbiri giriş sözü ilə açaraq bütün qonaqları Fransada görməkdən məmnunluğunu ifadə edib.

 

Təşkilatın təhsil əməkdaşlığı departamentinin direktor müavini Bruno Kurval isə layihə çərçivəsindəki sıx əməkdaşlığın uğurla davam etdiyini və təlim proqramının faydalı olacağını vurğulayıb.

 

Daha sonra Rennes Universitetinin prezidenti David Alis tədbirə onlayn formatda qoşularaq “Rektor konfranslarında komitələrin rolu və fəaliyyəti” mövzusunda geniş təqdimatla çıxıb edib. O, konfransın tərkibində fəaliyyət göstərən müvafiq komitələrin vacibliyinə toxunaraq onların fəaliyyət istiqamətləri, təşkilati strukturu, funksiyaları barəsində təcrübələrini bölüşüb.

 

Çıxışlardan sonra iştirakçılar arasında faydalı müzakirə və fikir mübadilələri aparılıb.