Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-18 13:53:00
Beyni bu yollarla gücləndirmək mümkündür

Mütəxəssislər , yaddaş və zəka kütləşməsinin qarşısını almaq məqsədi ilə 11 maddəlik bir siyahı hazırlayıb.

ĞBeynin gücünü artırmaq üçün tətbiq olunan metodlar belədir…

Ağıllı dərmanlar: “Modanifil” kimi dərmanlar, beyni 90 saat ərzində ayıq tutur. Beynin bir hissəsindən digər hissəsinə məlumat axışı əmələ ətirən kimyəviləri artırır.

Qidalar: Protein baxımından zəngin olan qidalar beyinə faydalıdır. Hər gün eyni qaydada qəlyənaltı etmək zehni performansı gücləndirir. Qazlı içkilər isə tam tərsini edir.

Musiqi:Xüsusilə Mozart dinləməyin riyazi zəkanı artırdığı müəyyənləşib. Musiqi dərslərinin şagirdlərin IQ balının daha yüksək olduğu ortaya çıxıb. Digər musiqi növlərində bu xüsusiyyət öz əksini tapmayıb.

Bionik beyin: Elektrodlarla beyinə az miqdarda elektrik axışı verilən zaman beynin gücünün artdığı müşahidə olunub.

Zeyni məşqlər: Çətin riyaziyyat sualları zəkanı kəskinləşdirir. 5 həftə ərzində zehni məşq etdirilən uşaqların intellektual zəkalarının 8 bal artıb.

Yaddaş oyunları: Kart dəstəsindəki kartları bir xarakter olaraq adlandırıb, bütün xarakterlərin iştirak etdiyi bir hekayə yaradın. Bu zaman 52 kartın hamısını sıra ilə xatırlaya bilərsiniz.

Yuxu: 21 saat ərzində yatmamaq, beyində sərxoşluq təsiri yaradır. 2 saatlıq çalışmadan sonra yaxşı bir gecə yuxusu öyrənməyi asanlaşdırır.

Gəzmək: Həftədə 3 dəfə yarım saat yerimək beyinə faydalıdır. Öyrənmək, konsentrasya və məntiq gücünü 15% artırır.