Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-25 10:08:00
“Məktəbdə...” layihəsi çərçivəsində növbəti görüş keçiriləcək

“Məktəbdə...” layihəsi çərçivəsində növbəti görüş mayın 27-də Bakı şəhəri 198 nömrəli tam orta məktəbdə keçiriləcək.

 

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. BŞTİ tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev olacaq.

 

Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında və həyatımızdakı rolu, yeniyetmələrdə müstəqil qərarvermə bacarıqlarının inkişaf etdirilməsi, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.