AzEdu.az Azərbaycan Cümhuriyyətinin xaricə yolladığı tələbələrlə bağlı bir neçə vacib faktı təqdim edir.
Təqdim olunan bilgilərdə “Cümhuriyyət tələbələri” kimi fundamental kitabı ərsəyə gətirən tədqiqatçı Ədalət Tahirzadəyə istinad edilib.
I.Azərbaycana dönmüş və repressiyaya uğramış Cümhuriyyət tələbələri
1) Ağasıbəyli Yusif bəy
2) Axundzadə Səməndər
3) Aslanov Teymur bəy
4) Cəfərov Əliyusif
5) Dagirov Zaur bəy
6) Dursunzadə Məhəmmədzəki
7) Əbdülzadə Əbdül
8) Əlimuradbəyli Cəmil bəy (iki dəfə həbs edilib)
9) Əliyev Abbas(mirzə)
10) Əliyev Əşrəf
11) Əliyev Firidun
12) Həsənov Rzaqulu
13) Hüseynbəyov Zeynalabdin bəy
14) Hüseynzadə Bəhram bəy
15) Kazımov Cəfər
16) Kərimov Əli
17) Qədimi Lətif
18) Mahmudov (Xələfbəyov) Məhəmmədəli bəy
19) Məmmədov Qəhrəman
20) Muğanlı Əsildar bəy (iki dəfə həbs edilib)
21) Mustafayev Ağacəfər
22) Nağıyev Hüseyn
23) Nərimanbəyov Fərman bəy
24) Pirverdiyev Hənifə
25) Rəcəbli Əhməd (iki dəfə həbs edilib)
26) Rəhimli Abdulla
27) Rəhimli Məhəmməd
28) Rzayev Tağı
29) Rzazadə İsgəndər
30) Sadıqov Mirsadıq
31) Səfərov Məhiş
32) Sultanov İsgəndər bəy
33) Şahnəzərov Əhmədhacı
34) Şahsuvarlı Mürsəl bəy
35) Şahsuvarov Surxay bəy
36) Şeyxzaman İsaq bəy
37) Tahirzadə Abdulla
38) Vəkilov Mustafa ağa
39) Yusifzadə (Ağa)əli
40) Zeynallı Hənəfi.
Bunların hamısı Türkiyə və Qərbi Avropada oxumuş tələbələrdir. Rusiyaya gedəsi 13 tələbədən də ikisi – Əmircanov Əliyar bəy və Sultanov Baxış bəy repressiyaya uğrayanlar arasındadır.
II.Azərbaycana dönmüş, ancaq repressiya maşınından yaxasını qurtarmağı bacarmış tələbələr:
41) Abdinov Bəhram bəy
42) Axundov Əjdər bəy
43) Axundov İsmayıl
44) Cabbarov Əliəkbər
45) Cavanşir Əbdülhəmid bəy
46) Əliyev Əliəkbər
47) Hacıyev Xasfolad bəy
48) Xudaverdiyev Əlibala
49) Məmmədli Zal
50) Musai Cəmil
51) Mustafayev Ağahəsən
52) Mustafayev Mustafa
53) Rəhimov Cəbrayıl
54) Vəlizadə İsgəndər
55) Vəzirzadə Aslan bəy
56) Zeynalov Behbud(əli).
III.Deməli, Türkiyə və Qərbi Avropada oxumuş 89 Cümhuriyyət tələbəsindən yalnız 56-sı Azərbaycana dönüb və onların da 40-ı repressiyaya məruz qalıb.
56 nəfərdən başqa, aşağıdakı 6 nəfər də yurda dönüb, ancaq bir necə ildən sonra kommunist rejiminin zülmünə dözməyərək ölkəni tərk etməyə və ömrünü mühacirətdə keçirməyə məcbur olub:
1) Əfəndiyev Məhəmmədəmin (şəkili; Rəşid bəy Əfəndizadənin qardaşı oğlu)
2) Əşrəfov İsrafil
3) Salahlı Yusif (Vətənə dönüb, ancaq müharibədə əsir düşdükdən sonra Türkiyəyə gedərək ömrünü orada başa vurub))
4) Seyidzadə Mirismayıl (İsmayıl Saryal)
5) Şıxıyev Hüseyn (Hüseyn Argüdər)
6) Temirxanov Murad bəy