Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-19 12:03:00
ADNSU-da üç qrup distant təhsilə keçib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində üç qrup distant təhsilə keçib.

 

AzEdu.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq ictimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov bildirib. Onun sözlərinə görə, hər qrupda bir nəfərdə koronavirusa yoluxma aşkarlandığı üçün həmin qruplar tədrisə onlayn formada davam edir: “Həmin qrupların olduğu fakültə dekanlığı mütəmadi olaraq virusa yoluxan tələbələrlə əlaqə saxlayıb vəziyyətləri ilə maraqlanırlar. Həmin qruplarda başqa tələbələrdə virusa yoluxma aşkarlanmayıb”.