Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-16 15:38:00
Elmi nəşrlərin axtarış üsullarına dair vebinar təşkil olunacaq  

İyunun 18-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və “Elsevier B.V.” şirkətinin birgə təşkilatçılığı ilə “Scopus-elmi nəşrlərin axtarış üsulları” mövzusunda vebinar keçiriləcək.

UNEC-dən bildirilib ki, vebinarda “Elsevier”in Mərkəzi Asiya və Azərbaycan üzrə məsləhətçisi texniki ixtisaslı kafedraların elmi-pedaqoji heyəti üçün jurnalların axtarış üsulları və onların metrik göstəricilərinə görə qiymətləndirilməsi haqqında məlumat verəcək.

Universitetin elmi-pedaqoji heyəti, doktorant, dissertant, magistr və tələbələri vebinara “Zoom” platforması üzərindən qoşula bilərlər. Vebinarda qeyd olunan prosedurları həyata keçirmək üçün linkə keçid edərək “Scopus” elmi platformasından məsafəli istifadə hüququnu əldə etmək lazımdır.

Vebinarın sonunda şirkət tərəfindən sertifikatlar iştirakçıların elektron poçt ünvanlarına göndəriləcək.