Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-14 12:00:00
DİM: Rezidenturaya qəbul imtahanı verəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər

İyunun 20-də keçiriləcək rezidenturaya qəbul imtahanının I mərhələsində (I cəhd) iştirak edəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, imtahan iştirakçıları DİM-in saytında yerləşdirilmiş müvafiq linkə daxil olub imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Namizədlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də ayrıca vərəqdə çap edirlər.
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, imtahana buraxılış vərəqəsini, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.