https://www.zirve.edu.az/ http://unec.edu.az/unec-de-4-ilde-iki-diplom-udid-proqrami/
2021-06-11 16:38:00
“Yay məktəbi”nə hazırlıq davam edir  

Paytaxtdakı təhsil müəssisələrində “Yay məktəbi”nə hazırlıq davam edir. Ümumi təhsil müəssisələrində "Yay məktəbi"nə hazırlıq çərçivəsində müvafiq tədbirlər görülür, valideyn və şagirdlərlə izahedici və maarifləndirici işlər aparılır.

 

Bu baxımdan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 83 nömrəli məktəb-lisey tərəfindən hazırlanmış videoçarx xüsusi maraq doğurur. Videoçarxda “Yay məktəbi”ni maraqlı keçirmək üçün müvafiq ekskursiyalar, tədbirlər, intellektual  oyunlar, idman yarışları, rəqs və digər mövzularda şagirdləri motivasiya edən fotoşəkillər əks olunub.

 

Qeyd edək ki, “Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilir.

 

"Yay məktəbi”ndə bütün ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və  könüllü əsaslarla iştirak edə bilərlər.  I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunacaq. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcək. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə veriləcək.

 

“Yay məktəbi” iyunun 16-dan 30-dək davam edəcək.