https://www.zirve.edu.az/ http://unec.edu.az/unec-de-4-ilde-iki-diplom-udid-proqrami/
2021-06-07 14:39:00
Yunanıstanda təhsil hansı özəlliklərinə görə fərqlənir?-Qaydalar və üstünlüklər  

Bütün dünyada olduğu kimi ölkəmizdə də xaricdə təhsil almaq istəyənlər var. Tələbələr öz istəklərinə uyğun və bilik göstəricilərinə müvafiq olaraq əcnəbi universitetləri seçirlər. Azərbaycanlı gənclər isə daha çox Avropa ali təhsil müəssisələrində oxumağa üstünlük verirlər.

 

AzEdu.az bu dəfə Yunanıstanda təhsil almaq istəyənlər üçün zəruri məlumatları təqdim edir:

 

Gənclər üçün təhsil imkanları yaradan, təhsil sistemində özünəməxsusluğu ilə fərqlənən ölkələrdən biri də Yunanıstandır.

 

Yunanıstan təhsil sistemi ibtidai, orta, ali olmaqla 3 yerə bölünür. Ali təhsil isə  bakalavr, magistratura və doktorantura pillələrindən ibarətdir.

 

Yunanıstanda 6-15 yaş arasında olan şagirdlər üçün təhsil məcburidir. Ölkənin orta məktəb səviyyəsində təhsilin müddəti 12 ildir.

 

Yunanıstanda  ənənəvi və texniki istiqamətli olmaqla 24 universitet fəaliyyət göstərir. Ölkədə bakalavr təhsilinin müddəti 4 il, magistr isə 1-2 ildir.  Universitetlərdə tibb sahələri üzrə tədris proqramı 6 il davam edir. Yunanıstanda bütün universitetlər dövlətə məxsusdur.  Elə buna görə də tələbələr universitetdə təhsil aldıqları müddət ərzində bütün xərcləri dövlət tərəfindən qarşılanır.   Yunanıstan universitetlərində təhsil alanlar üçün  dövlət xəstəxanalarında müayinə ödənişsizdir. Ölkənin universitetlərində təhsil haqqı orta hesabla 1000 avrodur. Yataqxanada yaşayan tələbələrin ərzaq xərclərini də dövlət qarşılayır.

 

 Yunanıstan universitetlərində həm ingilis, həm də yunan dillərində təhsil almaq mümkündür.  Bəzi hallarda isə bu dillərin hər ikisi tələb olunur.

 

Yunan dilini bilməyən əcnəbi tələbələr üçün  universitetlərdə hazırlıq kursları fəaliyyət göstərir.  Həmin hazırlıq kurslarının 1 illik təhsil haqqı təxminən 1000 avrodur.  Yunan universitetlərində hazırlıq kurslarında oxumaq üçün mütləq yunan dilindən test imtahanı vermək lazımdır. Hazırlıq kursunu yaxşı oxuyan gənclərə isə sertifikat da verilir.    

 

Yunanıstanda magistratura oxumağın əsas şərti master proqramına uyğun bakalavr pilləsi üzrə məzun olmaqdır.

 

 Yunanıstanda aylıq kirayə haqqı 300-400 avro civarındadır.  Bu ölkədə təhsil almaq istəyən əcnəbi tələbələr daha çox Afina və  Saloniki şəhərlərində yaşamağa üstünlük verirlər.  

 

Qeyd edək ki, Yunanıstanda aylıq yaşayış xərcləri təxminən 750 avrodur.