Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-02 14:31:00
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində virtual “Açıq qapı” günü təşkil olunacaq  

İyunun 4-ü saat 11:00-da İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi ilə tanışlıq məqsədilə virtual “Açıq qapı” günü təşkil olunacaq.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, onlayn tədbirdə agentliyin İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsinin aparıcı məsləhətçisi Natəvan Ağayeva, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Zaur Muradov, 11 saylı Ərazi Məşğulluq Mərkəzinin müdiri Emil Bədəlov, “Azərxalça” ASC-nin İsmayıllı filialının 2 saylı emalatxanasının müdiri Dilşad Hüseynova, İsmayıllı Turizm İnformasiya Mərkəzinin direktoru Səbuhi Süleymanov, “Talıstan Forest Park”ın baş meneceri Məhəmməd Muradov, “İsmayıllı Resort Hotel”in nümayəndəsi Zərifə Şəfiyeva iştirak edəcək.

 

Virtual “Açıq qapı” günündə mərkəzdə tədris prosesinin təşkili, məzunların işlə təminatı, işəgötürənlərlə əməkdaşlıq məsələləri müzakirə olunacaq, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin infrastrukturu ilə tanışlığa imkan yaradılacaq.