Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-23 13:30:00
Qədim Misir haqqında daha əvvəl eşitmədiyimiz 10 maraqlı məlumat  

Qədim Misir, 20-ci əsrin əvvəlindən bəri, dünyada ən çox danışılan və araşdırılan sivilizasiydır. Bu səbəbdən bu postumuzda Misir haqqında bilmədiyimiz bəzi həqiqətlər qədər, səhv bildiyimiz bəzi şeyləri sıraladıq.

  1. Tutanhamonun məşhur qızıl maskasından məlum olduğu kimi; fironlar bir tac və ya “nemes” adı verilən bir başlıq taxardılar və saçlarının tək bir telinin görünməsinə belə icazə verməzdilər.

2. Firon Pepi II, ağcaqanadları özündən uzaq tutmaq üçün, ətrafında bədəninə bal çəkilmiş bir neçə kölə saxlayırmış.



3. Həm qadın həm kişi olmaqla bütün Antik Misirlilər makiyaj edərdilər. Göz boyaları, misdən hazırlanmış yaşıl və ya qurğuşundan hazırlanmış qara rəngdə olardı. Misirlilər makiyajın qoruyucu gücü olduğuna inanırdılar. Başlanğıcda makiyaj bəzənmə məqsədindən çox, Günəşdən qorunma məqsədi daşıyırdı.

 

4. Antibiotik istifadəsi, 20. əsrdə başlamamışdır. Xalq təbabəti, kifli qidalar ya da infeksiyalar üçün torpaq istifadəsi daxil antibiotik istifadəsinin təməli Misirdə qoyulmuşdur. Qədim Misir tibb sahəsində digər ölkələrlə müqayisədə çox irəlidəydi. Homerin “Odysseia” adlı əsərində bütün sənətlər içində Misirlilərin ən hünərli olduqları sahənin tibb olduğu xüsusilə vurğulanır. Məsələn Qədim Misirdə infeksiyalar, kifli çörək ilə müalicə edilirmiş.

 

5. Misirdəki yüksək istilik səbəbiylə, oğlan-qız ya da zəngin-kasıb fərq qoyulmadan 12 yaşına çatana qədər uşaqlara paltar geyindirilməzdi. Kişilər ətək və ya peştemal, qadınlar isə paltar geyinərdi. Geyimlər ağardılmış, sadə kətan parçadan hazırlanardı.

6. Zəngin Misirlilərin qadını da kişisi də saçlarını təraş edir və parik istifadə edərdilər. Digər siniflərə mənsub olanlar isə ya saçlarını uzadır ya da donuz quyruğu taxardılar

7. Qədim Misirlilərdə təmizlik və görünüş, böyük əhəmiyyət daşıyırdı. Daha çox heyvani yağları və əhəng daşı tozundan hazırlanan yumşaq sabunla təmizlənirdilər. Kişilər təmiz qalmaq üçün bığ və saqqal xaricində bütün bədənlərini təraş edirdi. Hər iki cins də pis qoxuları aradan qaldırmaq və dərini yumşaltmaq üçün ətirli məlhəm, ətir və yağ istifadə edirdilər. İşçilərə yağ və məlhəm, həftəlik ödəniş kimi verilirmiş. Ramses III zamanında yağ verilmədiyi üçün işçilərin şikayətləri qeydə alınmışdır. Bu dərəcə əhəmiyyətli olmasının əsas səbəbi Günəş və qum küləklərinin dəridə yaratdığı quruluq idi.

8. Gündəlik qidalanmanın ən əhəmiyyətli hissəsi çörək və pivə idi. Bütün bunlardan əlavə soğan, sarımsaq kimi tərəvəzlər və xurma, əncir kimi meyvələr yeyilirdi. Balıq və ev heyvanlarının əti, duzlu və ya qurudulmuş olaraq tutulur, bişirilir və ya qril kimi qızardılırdı.

9. Sfinksin burnunu kimin məhv etdiyi bilinmir.

 
10. Qədim Misirlilər eynilə Pancake kimi dünyanı həm düz, həm də yumru olaraq qəbul etmişdilər. Nil də, Dünyanın mərkəzinə doğru axırdı