Azedu.az

Prezident: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir"

AzEdu Təhsil Platforması

17 Sentyabr 2026, 13:51
Prezident: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür".

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib.

Dövlətimizin başçısı, həmçinin qeyd edib: "Gənc nəslin ölkələrimizdə vətənpərvərlik, milli prinsiplərə və mənəvi dəyərlərimizə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir. Bu kontekstdə, əlbəttə, bu, TDT-nin fəal çalışmalı olduğu geniş sahədir, o cümlədən gənclər siyasəti ilə bağlı tədbirlər çərçivəsində".

Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir?
Son xəbərlərDaha çox